Bu ilin 8 ayında Şəki-Zaqatala regionunda 96 müəssisədə nöqsanlar aşkarlanıb, sağlamlaşdırılma işləri aparılır
- 10 sentyabr, 2025
- 11:22

Cari ilin 8 ayı ərzində Şəki-Zaqatala regionunda 96 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 16 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən ikisi tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, 14-də isə müvafiq tədbirlər görülməkdədir.
№ | Sahibkarlıq subyekti | Obyekt | Fəaliyyət ünvanı | Sağlamlaşdırma işləri |
1 | Məsimov Cəlil Feyruz oğlu | "Sərin" kafesi | Qəbələ rayonu, Nohurqışlaq kəndi | Sağlamlaşdırılma işləri davam edir |
2 | Məhərrəmov Rafiq Əlimurad oğlu | "Nihat" kafesi | Qəbələ rayonu, Tikanlı kəndi | Sağlamlaşdırılma işləri davam edir |
3 | Məmmədov Namiq Murtuz oğlu | "Qədim Laza" kafesi | Qəbələ rayonu, Laza kəndi | Sağlamlaşdırılma işləri davam edir |
4 | Əliyev Rahim Dadaş oğlu | "Qəbələmiz" kafesi | Qəbələ şəhəri, 28 May küçəsi | Sağlamlaşdırılma işləri davam edir |
5 | Mustafayev Ramin Muxtad oğlu | "Sülhan" kafesi | Qəbələ şəhəri, H.Əliyev prospekti, Laza körpüsünün yaxınlığı | Sağlamlaşdırılma işləri davam edir |
6 | Xəlilov Ruslan Mahir oğlu | "Kübar" kafesi | Qəbələ şəhəri, H.Əliyev prospekti | Sağlamlaşdırılma işləri davam edir |
7 | Ukalayeva Rəisət Şəmsəddin qızı | "Xalanın" kafesi | Balakən şəhəri, H.Əliyev prospekti | Sağlamlaşdırılma işləri davam edir |
8 | Səfərəliyev Seymur Kərəm oğlu | "Seymur" kafesi | Şəki rayonu, Baş Kəldək kəndi | Sağlamlaşdırılma işləri davam edir |
9 | Bəkirov Orxan Söhrab oğlu | "Əsgər" kafesi | Şəki rayonu, Cəfərabad kəndi | Sağlamlaşdırılma işləri davam edir |
10 | Güliyev Rza Cahangir oğlu | kafe | Şəki rayonu, Baş Şabalıd kəndi | Sağlamlaşdırılma işləri davam edir |
11 | Süleymanov Gündüz Abduləli oğlu | kafe | Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti | Sağlamlaşdırılma işləri davam edir |
12 | Xəlilov Ceyhun Məhəmməd oğlu | "Xan Bulağı" kafesi | Qax rayonu, Laza kəndi | Sağlamlaşdırılma işləri davam edir |
13 | İbrahimov Fəryad Fərhad oğlu | "Fəryad" kafesi | Zaqatala şəhəri, Ç.Atalov küçəsi 1A | Sağlamlaşdırılma işləri davam edir |
14 | Balacayev Eldar Yəhya oğlu | "Elte" kafesi | Zaqatala rayonu, Əliabad qəsəbəsi | Sağlamlaşdırılma işləri davam edir |
15 | Zurabov Azad Feyzullah oğlu | "Ayxan" kafesi | Zaqatala şəhəri, M.Məmmədov küçəsi | Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |
16 | Məmmədov Fərhad Məhəmməd oğlu | "Vağzal" kafesi | Zaqatala şəhəri, V.İsmayılov küçəsi 40A | Tam sağlamlaşdırılaraq fəaliyyəti bərpa olunub |