Litva hibrid təhdidlərlə mübarizə üçün NATO-dan mütəxəssislər istəyib

Digər ölkələr
  • 05 dekabr, 2025
  • 01:18
Litva hibrid təhdidlərlə mübarizə üçün NATO-dan mütəxəssislər istəyib

Rəsmi Vilnüs Şimali Atlantika Alyansından hibrid təhdidlərlə mübarizə aparmaq üçün Litvaya mütəxəssislər göndərməsini istəyib.

"Report"un məlumatına görə, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris alyansın baş katibi Mark Rutte ilə telefon danışığında bildirib.

XİN-in mətbuat xidməti qeyd edib ki, bu addım Belarusun hərəkətləri ilə bağlıdır.

K.Budris söhbət zamanı bildirib ki, Belarus qəsdən mülki aviasiya əməliyyatlarına müdaxilə edir, cəmiyyətdə çaşqınlıq yaradır və dezinformasiya yayır. Avropa şirkətlərinin əmlakı (yük maşınları - red.) bu ölkədə saxlanılır.

Bunun qarşısını almaq üçün Litva hibrid təhdidlərlə mübarizə aparmaq üçün NATO mütəxəssislərinin göndərilməsini xahiş edir. "Xahiş edirik ki, bu, mümkün qədər tez edilsin. Düşmən ... (ölkələr - red.) Alyansın sərhədlərini sınaqdan keçirir", - nazir fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti