ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib

Digər ölkələr
  • 05 dekabr, 2025
  • 03:08
ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollarlıq sursat satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Kanadaya hərbi sursatların, o cümlədən aviabombaların və əlaqədar maddi-texniki təminatın 2,68 milyard dollar dəyərində satışını təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə Pentaqonun təhlükəsizlik sahəsində hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına məsul olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Kanada hakimiyyəti əvvəllər ABŞ-dən BLU-117, BLU-109, BLU-111 və GBU-39 hava bombaları, müxtəlif əlaqəli avadanlıqlar və təlim sursatları istəyib.

Həmçinin vurğulanır ki, satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki NATO üzrə müttəfiqin döyüş potensialını gücləndirəcək.

ABŞ administrasiyası artıq bu silahların potensial satışını təsdiqləmək qərarı barədə Konqresə məlumat verib. Qanunverici orqanın potensial müqaviləni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 gün müddəti var.

Son xəbərlər

Bütün Xəbər Lenti