KDR və Ruanda liderləri ABŞ-də sülh müqaviləsi imzalayıblar
Digər ölkələr
- 05 dekabr, 2025
- 01:58
Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi və Ruanda lideri Pol Kaqame ABŞ-nin paytaxtı Vaşinqtonda sülh müqaviləsi imzalayıblar.
"Report"un məlumatına görə, imzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp da iştirak edib.
"Dünyanın ən uzunmüddətli münaqişələrindən birinə son qoyacaq tarixi müqaviləni imzalamaq üçün ABŞ-nin Sülh İnstitutunda toplaşmışıq. Bu, möhtəşəm gündür, ABŞ, dünya və bu iki ölkə üçün əla gündür", - Tramp deyib.
Sənəd rəsmi olaraq "KDR Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame arasında sülh və firavanlıq haqqında Vaşinqton Sazişi" adlanır. Sənəddə iki ölkə tərəfindən bu ilin iyununda imzalanan müqavilə daha ətraflı izah olunur.
Son xəbərlər
16:07
"Real" Fransa millisinin üzvünü heyətinə qatmaq üçün 100 milyon avro ödəmək istəyir
Futbol16:04
ABŞ-nin Yaxın Şərqdəki döyüş gəmilərinin sayı 13-ə çatıb
Digər ölkələr15:57
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Daxili siyasət15:55
Türkiyədə qızıl medal qazanan Azərbaycan atleti: "Dünya səviyyəli idmançı olmaq istəyirəm"
Fərdi15:54
Rəy
Konstitusiyaya dəyişiklik, sülh sazişi - Paşinyanın "Real Ermənistan" ideologiyası - ŞƏRH
Analitika15:52
Foto
Bakıda Azərbaycan-C6 beyin mərkəzlərinin konfransı keçirilib
Region15:50
Slovakiyada neft sənayesində fövqəladə vəziyyət elan edilib
Digər ölkələr15:46
"The Liberum": Azərbaycan "yaşıl enerji" ixracatçısı statusunu möhkəmləndirir
Energetika15:45