ABŞ aprelədək "Lukoyl"un Rusiyadan xaricdəki obyektlərində maliyyə əməliyyatına icazə verib

Digər ölkələr
  • 05 dekabr, 2025
  • 00:55
ABŞ aprelədək Lukoylun Rusiyadan xaricdəki obyektlərində maliyyə əməliyyatına icazə verib

ABŞ-nin Maliyyə Nazirliyi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq, "Lukoyl" şirkətinin xarici aktivləri ilə bağlı müəyyən əməliyyatlar aparmasına icazə verən lisenziyanı uzadıb.

"Report" xəbər verir ki, bu, nazirliyin saytındakı məlumatlarda əksini tapıb.

Sənədə əsasən, 29 aprel 2026-cı il tarixinədək "Lukoyl"un Rusiyadan kənardakı obyektlərində mal və xidmətlər üzrə əməliyyatların aparılmasına icazə verilir. Bundan əvvəl lisenziyanın müddəti dekabrın 13-dək uzadılıb.

Oktyabrda Maliyyə Nazirliyi "Lukoyl" və "Rosneft" i, habelə bu neft istehsal edən şirkətlərin 34 törəmə müəssisəsini ABŞ-nin yeni sanksiyalar paketinə daxil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti