Azər Əmiraslanov: "Proqnozlaşdırılan iqtisadi artım neft hasilatının aşağı düşməsini əks etdirir"

Maliyyə
  • 19 noyabr, 2025
  • 11:34
Azər Əmiraslanov: Proqnozlaşdırılan iqtisadi artım neft hasilatının aşağı düşməsini əks etdirir
Azər Əmiraslanov

Azərbaycanda proqnozlaşdırılan iqtisadi artım, sənayenin strukturundakı dəyişikliklər, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

"İqtisadiyyatın strukturunda baş verən meyllərdən bəhs edərkən bir məsələyə də münasibət bildirmək istərdik. Neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 % təşkil etməsi, ilin sonuna 3 % gözlənilməsi və növbəti il üçün 2, 9% proqnozlaşdırılması, bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır. 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım, sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini də aşağı sala bilir, - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, iqtisadiyyatın, o cümlədən sənayenin strukturundakı yenilənmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meylləri iqtisadi tənəzzül və yaxud durğunluq hesab edilmir: "Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ Əsrin Müqaviləsi çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilib. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. 2011-ci ildən hasilat tədricən azalaraq 2020-ci ildə 34 milyon ton, bu ilin 10 ayında isə 23 milyon tona düşüb".

Son xəbərlər

Bütün Xəbər Lenti