Azərbaycanda tranzit yükddaşımalarının həcmi 2019-cu ildən 2,5 dəfə artıb

İnfrastruktur
  • 19 noyabr, 2025
  • 12:58
Azərbaycanda tranzit yükddaşımalarının həcmi 2019-cu ildən 2,5 dəfə artıb

Azərbaycanda tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2,5 dəfə artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, nəqliyyat sektoru üzrə görülmüş işlər tranzit yükdaşımaların həcmini artırıb: "Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Beynəlxalq Dəniz Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2,5 dəfə artaraq 14,5 milyon ton təşkil edib".

Nazirin sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində olan layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır".

Son xəbərlər

Bütün Xəbər Lenti