İqtisadiyyat naziri: "Azərbaycanın "yaşıl investisiyalar" məkanı kimi rolu daha da güclənəcək"

Energetika
  • 19 noyabr, 2025
  • 12:48
İqtisadiyyat naziri: Azərbaycanın yaşıl investisiyalar məkanı kimi rolu daha da güclənəcək

Azərbaycanın energetika sektoru üzrə görülmüş işlər "yaşıl iqtisadiyyat"ın inkişafı üçün yeni imkanlar açır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, icrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, "yaşıl iqtisadiyyat"ın inkişafı üçün yeni imkanlar açır.

"Xəzər–Qara dəniz–Avropa" və "Mərkəzi Asiya–Azərbaycan" yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və "yaşıl investisiyalar" məkanı kimi rolunu daha da gücləndirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti