Mikayıl Cabbarov: "Prezident İlham Əliyevin xarici diplomatiyası ölkəmizin xarici iqtisadi əlaqələrinə yeni təkan verib"

Biznes
  • 19 noyabr, 2025
  • 12:46
Mikayıl Cabbarov: Prezident İlham Əliyevin xarici diplomatiyası ölkəmizin xarici iqtisadi əlaqələrinə yeni təkan verib
Mikayıl Cabbarov

Azərbaycan Prezidenti İlham Əliyevin xarici diplomatiyasının böyük qələbələri son illərdə ölkənin xarici iqtisadi əlaqələrinə yeni təkan verib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

"Bunun bariz nümunələri kimi iki tarixi hadisəni xüsusi qeyd etmək istərdim. ​Cari ilin 8 avqust tarixində ABŞ-da Sülh Gündəliyinə imza atılması, o cümlədən beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun yaradılması ilə regional bağlantıların daha da möhkəmlənməsi kimi yeni tarixi mərhələnin başlanması, və 16 noyabr 2025-ci il tarixində Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycanın rəsmi şəkildə Mərkəzi Asiya ölkələrinin "altılıq" formatına daxil olması. ​

Qeyri-neft-qaz sektoruna, o cümlədən alternativ energetika sahəsinə böyük xarici investisiyalar gəlməkdədir. Bir sıra ölkələrlə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan Avropanın 14 ölkəsinin etibarlı qaz təminatçısına çevrilib, bir neçə ölkə ilə preferensial ticarət sazişi imzalayıb. ​Bütün bunlar yalnız siyasi inteqrasiya baxımından deyil, həm də regionumuzun kapitalizasiyasına, o cümlədən iqtisadi və sosial əlaqələrinin inkişafına mühüm töhfə verəcək", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti