AMB-nin sədri: "Sığorta bazarı 10 ayda 13 %-ə yaxın artıb"

Maliyyə
  • 19 noyabr, 2025
  • 13:02
AMB-nin sədri: Sığorta bazarı 10 ayda 13 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,2 milyard manat sığorta haqqı toplanılıb, 773 milyon manat sığorta ödənişi edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 % və 24,2 % çoxdur.

"10 ayda sığorta haqlarının 76 %-i könüllü, 24 %-i isə icbari sığorta növlərinin payına düşür, 57 %-i həyat, 43 %-i isə qeyri-həyat sığortası üzrə toplanılıb", - deyə baş bankir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti