Azərbaycanda müəssisələrin lisenziyalı əməliyyat sistemlərinə xərcləri kəskin artıb
- 06 sentyabr, 2025
- 14:13

2024-cü Azərbaycanda müəssisələrin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri 373,3 milyon manat təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 74,8 milyon manat və ya 25 % çoxdur.
Cəmi xərclərin 180,3 milyon manatını (1 əvvəlki göstəricidən 36,5 % çox) proqram təminatı üzrə, 76,1 milyon manatını (1,7 % çox) texniki dəstək üzrə, 63,7 milyon manatını (55 % çox) internet şəbəkəsinə qoşulmaq üçün, 39,8 milyon manatını (18,5 % çox) İKT avadanlıqları üzrə, 6,8 milyon manatını (8 % çox) texniki vasitələrlə məlumatlandırma (SMS və digər), 5,9 milyon manatını (24 % az) əməkdaşların təlimi və yeni tətbiqlərin öyrənilməsi üzrə, 0,7 milyon manatını (75 % az) digər sistemlərin hazırlanması (video konfrans, çağrı mərkəzi, xidməti terminallar və s.) üzrə xərclər təşkil edib.
Proqram təminatı ilə bağlı xərclərin 158,3 milyon manatı (53 % çox) lisenziyalar üzrə, 22 milyon manatı (23 % az) tətbiqi proqram təminatlarının hazırlanması üzrə xərclərdən ibarət olub. Lisenziyalar üzrə xərclərin isə 127,8 milyon manatını (88 % çox) əməliyyat sistemləri üzrə, 1,1 milyon manatını (39 % az) verilənlər bazaları üzrə, 4,4 milyon manatını (14 % az) proqramlaşdırma alətləri üzrə, 25 milyon manatını (13 % az) digər proqram təminatları üzrə xərclər təşkil edib.
Texniki dəstək üzrə xərclərin 29,9 milyon manatını (5,7 % çox) texniki avadanlıqların dəstəklənməsi üzrə, 24,4 milyon manatını (dəyişməyib) sistem proqram təminatlarının dəstəklənməsi üzrə, 21,8 milyon manatını (1,4 % az) isə tətbiqi proqram təminatlarının dəstəklənməsi üzrə xərclər təşkil edib.
İKT avadanlıqları üzrə xərclərin 17,6 milyon manatı (10 % çox) server avadanlıqları üzrə, 15,9 milyon manatı (33 % çox) istifadəçilər üçün nəzərdə tutulmuş texniki avadanlıqlar üzrə, 3,7 milyon manatı (5,7 % çox) şəbəkə avadanlıqları üzrə, 2,6 milyon manatı (24 % çox) İKT təhlükəsizliyi avadanlıqları üzrə xərclərdən ibarət olub.