Türkiyə kuboku: Araz Abdullayevin komandası mübarizəni dayandırdı
Futbol
- 17 dekabr, 2020
- 13:55
Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" komandası bu raundda "Antalyaspor"la qarşılaşıb. Rəqibinə minimal hesabla uduzan I liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub.
Matça start heyətində başlayan Abdullayev 55-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Melih Okutan daxil olub.
Son xəbərlər
02:37
ATƏT-in Nazirlər Şurası: Cənubi Qafqazda sülh uzanan münaqişələrin həlli üçün model ola bilər
Xarici siyasət01:58
KDR və Ruanda liderləri ABŞ-də sülh müqaviləsi imzalayıblar
Digər ölkələr01:34
Suriyada "Visa" ödəniş sistemi istifadəyə verilir
Maliyyə01:18
Litva hibrid təhdidlərlə mübarizə üçün NATO-dan mütəxəssislər istəyib
Digər ölkələr00:55
ABŞ aprelədək "Lukoyl"un Rusiyadan xaricdəki obyektlərində maliyyə əməliyyatına icazə verib
Digər ölkələr00:34
Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
Xarici siyasət00:24
Foto
Azərbaycan və İrlandiya rəsmiləri əməkdaşlıq sahələrində dinamikanı müsbət qiymətləndiriblər
Xarici siyasət00:04
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə Bakı-İrəvan sülh prosesini müzakirə edib - YENİLƏNİB
Xarici siyasət00:00
Foto