Hikmət Hacıyev: Qazax qardaşlarımız hörmət nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından mahnı ifa ediblər
- 21 oktyabr, 2025
- 14:25

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Müslim Maqomayevin repertuarından "Синяя вечность" mahnısı səsləndirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından "Синяя вечность" mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər",- H.Hacıyev bildirib.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность» mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər. pic.twitter.com/f5Y7zwxUtC
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 21, 2025