Edqars Skuya: "Latviyanın Azərbaycanda "yaşıl texnologiya"ların inkişafı ilə bağlı təklifləri var" - EKSKLÜZİV

Energetika
  • 21 oktyabr, 2025
  • 17:02
Edqars Skuya: Latviyanın Azərbaycanda yaşıl texnologiyaların inkişafı ilə bağlı təklifləri var - EKSKLÜZİV

Latviya "yaşıl enerji" və innovasiyalar sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.

Diplomatın sözlərinə görə, Latviya bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir:

"Texnologiyalara və innovativ həllərə xüsusi diqqət yetirir. Bizim paylaşa biləcəyimiz və artıq paylaşdığımız təcrübə var. Azərbaycanın "yaşıl texnologiya"ların inkişafı istiqamətində ciddi addımlar atdığını görməkdən məmnunuq. Latviyanın bu sahədə təklif edəcəyi bir çox şey var".

Səfir vurğulayıb ki, Azərbaycan və Latviya arasında müxtəlif səviyyələrdə fəal təcrübə mübadiləsi qurulub:

"Bir özəl Latviya şirkəti artıq bu istiqamətdə işləyir. Bərpa olunan enerji mənbələri və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edərək layihələr həyata keçirir. Biz, həmçinin gələcəkdə yeni ikitərəfli təşəbbüslərin reallaşdırılmasına çalışırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti