"Atletik"in baş məşqçisi: "Qarabağ" çox yaxşı komandadır"
- 21 oktyabr, 2025
- 16:47

"Qarabağ" çox yaxşı komandadır.
"Report"un məlumatına görə, bunu İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan əvvəl fikirlərini bölüşüb:
"Qarabağ" İspaniyaya 6 xalla gəlir. Bu da rəqibin yaxşı səviyyədə olmasından xəbər verir. Təbii ki, məqsədimiz onları məğlub etməkdir. Bütün oyunlar bizim üçün vacibdir. Sabit komandayıq və düşüncəmiz qarşılaşmanı qalib bitirməkdir. Bizi çətin matç gözləyir. "Qarabağ" çox yaxşı komandadır".
O, bir müddət əvvəl mətbuatda tirajlanan "Qarabağ"a 9 qol vurmaq istəyirik" ifadələrinə aydınlıq gətirib:
"Heç vaxt belə söz deməmişəm. Bu, sadəcə, hədsizlik olardı. Qələbə qazanmaq istədiyimiz doğrudur. 1:0 hesabı ilə də qalib gəlsək, yaxşıdır".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.