"Haber Global" İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı material hazırlayıb

Region
  • 21 oktyabr, 2025
  • 16:46
Haber Global İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı material hazırlayıb

Türkiyənin "Haber Global" telekanalı Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı videomaterial hazırlayıb.

"Report"un məlumatına görə, süjetdə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə diqqət çəkilib.

Videomaterialda dövlət başçılarından sitatlar gətirilərək ölkələrarası münasibətlərin inkişaf perspektivlərindən bəhs olunub.

Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin güclü liderlik xüsusiyyətlərindən danışması xüsusilə vurğulanıb.

Süjetdə həmçinin dövlət başçılarının görüş zamanı 8 avqust Vaşinqton razılaşmasını da müzakirə etmələrinə toxunulub.

"Azərbaycan lideri Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açıla biləcəyini ifadə edib", - videomaterialda qeyd olunub.

Süjetdə İlham Əliyev ilə Kasım-Jomart Tokayevin "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatında iştirak etmələri də vurğulanıb.

"Haber Global" İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə bağlı material hazırlayıb

Son xəbərlər

Bütün Xəbər Lenti