Gələn il Türkiyədə Türk Dövlətləri Təşkilatının Media Forumu keçiriləcək

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 11:30
Gələn il Türkiyədə Türk Dövlətləri Təşkilatının Media Forumu keçiriləcək

Gələn il Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu TDT Baş katibinin müavini Ömer Kocaman jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son illərdə qəbul edilən kommunikelərə, bəyannamələrə baxdıqda iki sahəyə xüsusi diqqət ayrıldığı müşahidə edilir:

"Bunlardan biri gənclər və idman, digəri isə media və kommunikasiya sahəsidir. Çünki zaman-zaman ölkələrimizə yönəlmiş dezinformasiyalar olur. Ona görə də yalan xəbərlərlə mübarizə yolunda əməkdaşlığımızı dərinləşdirməyə çalışırıq".

Ö.Kocaman qeyd edib ki, bu gün qəbul edilən Kommünike əsasında bu əməkdaşlıq daha da dərinləşdi:

"Razılaşma əsasında ilk sahə səfəri Türkiyəyə nəzərdə tutulub. Bildiyiniz kimi, Türkiyən Prezident Administrasiyasının Media və Kommunikasiya İdarəsi daxilində Dezinformasiya ilə Mübarizə Mərkəzi var və Türkiyə həmin səfər çərçivəsində təcrübələrini üzv dövlətlərimizlə bölüşəcək, sonra digər dövlətlərə səfərlər olacaq".

Baş katibin müavini əlavə edib ki, gələn il Türkiyədə TDT-nin Media Forumu baş tutacaq:

"Bu əsasda yenə bir Kommünike qəbul ediləcək, xalqlar arasında əlaqələr daha da gücləndiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti