ABŞ səfirliyi: Azərbaycana 90 milyon dollarlıq heroin aşkarlamağa kömək edən texnika vermişik
- 28 noyabr, 2025
- 11:55
ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəmizin gömrük işçilərinə narkotik vasitələri aşkar etməyə imkan verən texnika təqdim edildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Bu təhlükəli narkotiklərin aşkar olunması, ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində mümkün olub", - paylaşımda qeyd olunub.
Diplomatik nümayəndəlikdən, həmçinin vurğulanıb ki, bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ–Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir.
"Ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir", - paylaşımda bildirilib.
Earlier this month, Azerbaijani customs officials in Astara seized a substantial quantity of heroin valued at $90 million dollars. The drugs were transiting Azerbaijan on their way from Iran to Estonia. The seizure of these dangerous drugs was made possible due to a train scanner… pic.twitter.com/hNgPS8yZXK
— U.S. Embassy Baku (@USEmbassyBaku) November 28, 2025