Azərbaycan və Türkiyə aqroturizm üzrə təcrübə mübadiləsi aparıb

Turizm
  • 28 noyabr, 2025
  • 11:47
Azərbaycan və Türkiyə aqroturizm üzrə təcrübə mübadiləsi aparıb

Bu ilin noyabrın 25-28-də Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumunun, həmçinin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baş tutan səfərdə qardaş ölkənin Trabzon və Rizə bölgələrinin aqroturizm təcrübələri haqqında məlumat verilib.

Səfər çərçivəsində türkiyəli ekspertlər regionun aqroturizm potensialı ilə tanış olaraq çayçılıq, fermer, bambuk, apiterapiya, balıqçılıq kimi təsərrüfatları və Hirkan Milli Parkını ziyarət ediblər. Səfər müddətində regionda fəaliyyət göstərən aqroturizm müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib və regionda mövcud olan təsərrüfatların potensialının araşdırılması və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər cari ilin fevralın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının IV iclası çərçivəsində qəbul edilmiş Fəaliyyət Planının nəzərdə tutulan "Aqroturizm Təcrübə Mübadiləsi və Sahə Səfəri Proqramı" üzrə fəaliyyətlərin icrası məqsədilə təşkil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti