Ukraynada iki azərbaycanlıya atəş açan keçmiş hərbçinin işi məhkəməyə göndərilib

Hadisə
  • 28 noyabr, 2025
  • 11:51
Ukraynada iki azərbaycanlıya atəş açan keçmiş hərbçinin işi məhkəməyə göndərilib

Ukraynada iki azərbaycanlını güllələyən, birini öldürüb digərini yaralayan keçmiş hərbçi 1973-cü il təvəllüdlü, Fastiv şəhər sakini İvanenko Oleksandrın işi məhkəməyə göndərilib.

Kiyev vilayət prokurorluğundan "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, o, Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur.

O.İvanenko iki nəfəri öldürməyə cəhd, qəsdən adam öldürmə, partlayıcı qurğuların, odlu silahların və sursatın qanunsuz əldə edilməsi və saxlanması maddələri ilə ittiham olunur.

Qeyd edək ki, 2025-ci il avqustun 31-də, gündüz saatlarında, Kiyev vilayəti Fastiv şəhərində küçədə meyvə-tərəvəz ticarəti ilə məşğul olan Fərman Rəhimov və oğlu İsmayıla yaxınlaşan şəxs qiymətə görə mübahisə edib. Mübahisə nəticəsində P.İvanenko üstündə gəzdirdiyi silahla ata və oğula atəş açıb. Nəticədə oğul həlak olub, ata ağır yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti