Orxan Məmmədov: "Azərbaycanda muzdlu işçilərin 44 %-i KOB sektorunda çalışır"

Biznes
  • 28 noyabr, 2025
  • 11:52
Orxan Məmmədov: Azərbaycanda muzdlu işçilərin 44 %-i KOB sektorunda çalışır

Azərbaycanda KOB sektoru məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir və muzdlu işçilərin 44 %-i bu subyektlərdə çalışır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, iri müəssisələr ilə müqayisədə KOB subyektləri daha məhdud resurslara malik olur ki, bu da adekvat insan resurslarına olan ehtiyacın qarşılanmasını bir qədər çətinləşdirir: "KOB-ların peşə və biznes təlimlərinə cəlb edilməsində bütün maraqlı tərəflərin, xüsusilə də dövlətin iştirakı və dəstəyi vacibdir. KOBİA olaraq biz də, KOB subyektlərinin bilik və bacarıqlara çıxısının artırılması istiqamətində müxtəlif işlər həyata keçiririk. İlk növbədə, bizneslərin təlim və kadr ehtiyaclarının öyrənilməsi və adekvat cavab strategiyasının hazırlanması məqsədilə mütəmadi sorğular həyata keçiririk".

O bildirib ki, ötən il ölkə üzrə həyata keçirilmiş sorğunun nəticələri KOB subyektlərinin biznes təlimlərinə marağını göstərib: "Belə ki, respondentlərin 40 %-ə yaxını ötən bir il ərzində işçilərin təlimlərdə iştirak etdiyini və 85 % bu və ya digər səviyyədə təlimlərin effektiv olduğunu bildirib. Rəyi soruşulanların 44 %-i təlimlərin şirkət büdcəsi hesabına maliyyləşdirildiyini, 52 %-dən çox hissəsi isə pulsuz təlimlərdə iştirak edildiyini qeyd edib. Sorğunun digər maraqlı nəticələrindən biri peşəkar işçi heyətinin tapılmasında çağırışlar ilə bağlıdır. Bizneslərin 73 %-i müvafiq sahədə çətinliklə üzləşdiyini diqqətə çatdırıb".

Son xəbərlər

Bütün Xəbər Lenti