Azərbaycanda hava nəqliyyatı ilə idxal, ixrac və tranzit olunan yüklərin həcmi açıqlanıb

Biznes
  • 28 noyabr, 2025
  • 12:01
Azərbaycanda hava nəqliyyatı ilə idxal, ixrac və tranzit olunan yüklərin həcmi açıqlanıb

Orta hesabla sutka ərzində hava nəqliyyatı ilə idxal yükləri 80 ton, ixrac yükləri 5 ton, tranzit-transfer yüklər 600 ton həcmində olmaqla emal edilir.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakı Karqo Terminalı ölkə ərazisinə idxal, ixrac olunan, eləcə də tranzit, daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirir: "Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) vasitəsilə həyata keçirilir. ARAS sistemi həmin yüklərin gömrükdə yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir. Gömrük yoxlamaları həyata keçirildikdə qanunvericiliklə uyğunluq olarsa, o zaman məhsullar ölkəyə buraxılır. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq tədbirlər görülür".

O qeyd edib ki, orta hesabla sutkada hava nəqliyyatı ilə 80 ton idxal yükləri, 5 ton ixrac yükləri, 600 ton tranzit-transfer yükləri gömrük rəsmiləşdirilməsindən keçirilir. Hava daşıyıcıları vasitəsilə idxal, ixrac və tranzit yüklər Logistika Mərkəzi Gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçir. Daşınan yüklər əsasən ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri istiqamətindədir".

Son xəbərlər

Bütün Xəbər Lenti