Kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib

Fərdi
  • 28 noyabr, 2025
  • 11:51
Kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan şəhərində "Konstitusiya və Suverenlik İli"nə həsr olunan kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birincilyi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yarışda 7 klubdan 120-yə yaxın idmançı ümumilikdə 16 dəst mükafat uğrunda mübarizə aparıb.

İdmançılar müvafiq yaş kateqoriyaları və çəki dərəcələrində olimpiya sistemi əsasında yarışıblar. Kadetlər arasında Mahir Cəfərov (25 kq), Məhəmməd Talıbov (28 kq), Həsən Quluzadə (32 kq), Nəsir Əliyev (37 kq), Orxan Xəlilli (42 kq), yeniyetmələrdə Uğur Məmmədli (37 kq), Ülvi Əliyev (42 kq), Ələmdar Nəcəfov (45 kq), Hidayət Məmmədzadə (47 kq), Ayhan Xəlilli (52 kq), Amin Nəcəfli (55 kq), Kamil Dadaşov (60 kq), gənclərdə isə Tayfur Əliyev (50 kq), Tunar Nəsirli (55 kq), Sinan Kazımov (60 kq) və Ziya Məmmədzadə (65 kq) birinci yeri tutublar.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti