"FINCA Azerbaijan" komandası korporativ ruhu möhkəmləndirmək üçün toplanıb – VİDEO - FOTO
- 28 noyabr, 2025
- 10:00
Komanda işi bacarığının gücləndirilməsi, ünsiyyət və motivasiyanın artırılması, iş səmərəliliyinin yüksəldilməsi məqsədilə "FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatının komandası "Basqal Resort"da keçirilən teambuilding tədbirində bir araya gəlib.
Rəngarəng və interaktiv proqramdan ibarət tədbirdə iştirakçılar komanda ruhunu gücləndirən oyunlarda əməkdaşlıq, qərarvermə və tapşırıqların yerinə yetirilməsi bacarıqlarını nümayiş etdirib. Bu fəaliyyətlər həm komanda dinamikasını, həm də birlikdə düşünmə və problem həll etmə qabiliyyətlərini daha da möhkəmləndirib.
Tədbir, eyni zamanda, "FINCA Azerbaijan"a 12 il rəhbərlik etmiş Tim Tarrantın vəzifədən ayrılması münasibətilə təşkil olunmuş vida görüşü xarakteri daşıyıb. Komanda üzvləri çıxışlarında Tim Tarrantın uzun illər quruma verdiyi dəyərli töhfələri, liderlik üslubunu və təşkilatın inkişafında rolunu xüsusi olaraq qeyd ediblər.
Tim Tarrant "FINCA Azerbaijan"dakı fəaliyyətini 12 ildən sonra başa vurub. O, peşəkar karyerasına 2001-ci ildə başlayıb və 2013-cü ildən "FINCA Azerbaijan"ın icraçı direktoru vəzifəsini icra edib. Bu illərdə o, üç ölkədə "FINCA"nın ölkə direktoru kimi fəaliyyət göstərib, həmçinin maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və Audit Komitəsinin üzvü olub.