Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib
                            Futbol
                            
                        - 30 oktyabr, 2025
- 19:40
 
                            
                            
                        Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib.
"Report" xəbər verir ki, bu barədə "RMC Sport" radiosu məlumat yayıb.
Mənbənin məlumatına görə, Messi "İnter Mayami" (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. O, bu addımı 2026-cı il dünya çempionatından öncə oyun təcrübəsini qorumaq məqsədilə etmək istəyib.
Lakin Səudiyyə Ərəbistanının idman rəhbərliyi argentinalı futbolçunun cəmi dörd ay müddətinə milli çempionatda çıxış etməsi ideyasını bəyənməyib.
Qeyd edək ki, bir müddət əvvəl "İnter Mayami" Lionel Messinin klubla müqaviləsinin müddətini 2028-ci ilin dekabrına qədər uzatdığını açıqlayıb.
Son xəbərlər
04:09
                ABŞ-nin ticarət nümayəndəsi: Vaşinqton və Pekin arasında münasibətlərdə problemlər qalmaqdadır
Digər ölkələr03:37
                Çin ABŞ-dən Tayvana silah satışını dayandırmağı tələb edib
Digər ölkələr03:08
                Yunanıstanda futbol klubunun prezidentinin qətlində şübhəli bilinən iki nəfər həbs edilib
Digər ölkələr02:39
                Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
Region02:21
                Nyu-York ştatında şatdaun səbəbindən fövqəladə vəziyyət elan edilib
Digər ölkələr01:43
                Alimlər "3I/ATLAS" ulduzlararası obyektinin rəngində dəyişiklik qeydə alıblar
Elm və təhsil01:13
                Fransa KDR-ə 1,5 milyard avro yardım ayıracağını açıqlayıb
Digər ölkələr00:42
                "Axios"un jurnalisti: ABŞ Türkiyə qoşunlarının Qəzza missiyasında iştirak etməsini istəyir
Digər ölkələr00:08
                