ABŞ-nin ticarət nümayəndəsi: Vaşinqton və Pekin arasında münasibətlərdə problemlər qalmaqdadır

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 04:09
ABŞ-nin ticarət nümayəndəsi: Vaşinqton və Pekin arasında münasibətlərdə problemlər qalmaqdadır

ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir "Fox Business" telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ və Çin arasındakı münasibətlərdə bütün problemlər hələ də tam həll olunmayıb.

"Report"un məlumatına görə, Qrir bu fikirləri ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşü şərh edərkən səsləndirib.

"Bu günə qədər ABŞ və Çin arasındakı münasibətlərdə bütün problemləri həll edə bilməmişik. Hələ də ABŞ şirkətlərinin Çində fəaliyyəti və ya orada iş qurmaq cəhdləri ilə bağlı bir çox açıq suallar qalır", - deyə o vurğulayıb.

Qririn sözlərinə görə, ABŞ administrasiyası, ilk növbədə, nadir torpaq metallarının tədarükünün bərpasına, Pekinin Amerika kənd təsərrüfatı məhsullarını almasını təmin etməyə və Çinlə birlikdə fentanil qaçaqmalçılığı probleminin həllində əməkdaşlığa çalışıb. "Və biz bütün bunların öhdəsindən gəldik", - deyə ticarət nümayəndəsi qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti