"Axios"un jurnalisti: ABŞ Türkiyə qoşunlarının Qəzza missiyasında iştirak etməsini istəyir
- 31 oktyabr, 2025
- 00:42
 
                            
                            
                        ABŞ İsrailin mövqeyinə baxmayaraq, türkiyəli hərbçilərinin Qəzza sektorunda sülhməramlı missiyada iştirak etməsini istəyir.
"Report"un məlumatına görə, bunu "Axios" portalının jurnalisti Barak Ravid amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində yazıb.
"Türkiyə Qəzza ilə bağlı sülh sazişinin əldə olunmasında çox kömək etdi və (İsrailin Baş naziri Binyamin - red.) Netanyahunun Türkiyəyə qarşı tənqidi çox qeyri-məhsuldar oldu", - mənbə bildirib.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp tərəfindən təklif edilən Qəzza üzrə sülh planına əsasən, HƏMAS və İsrail arasında atəşkəsin oktyabrın 10-da dayandırılmasından sonra vəziyyətə nəzarət etmək üçün anklavda beynəlxalq hərbi kontingent formalaşdırılacaq. Vaşinqton kontingentin BMT mandatına malik olmasında israrlıdır.
Daha əvvəl bildirilmişdi ki, bu kontingentə Misir, Türkiyə, İndoneziya və digər ölkələr daxil olacaq.
