Eduard Məmmədov Əbu-Dabidə keçirilən dünya çempionatında iki qızıl medal qazanıb

Fərdi
  • 28 noyabr, 2025
  • 10:19
Eduard Məmmədov Əbu-Dabidə keçirilən dünya çempionatında iki qızıl medal qazanıb

Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Əbu-Dabidə keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında iki qızıl medal qazanıb.

"Report" xəbər verir ki, "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" növlərində çıxış edən E.Məmmədov hər iki versiya üzrə qızıl medal qazanıb.

"Light Contact" növündə Böyük Britaniyadan Singh Gurmare, Portuqaliyadan Cortes Emanuel, İtaliyadan Simone Calogero, "Kick Light" növündə isə İsveçdən Ahlvarsson Ola, Kanadadan Gallant Benjamin, İtaliyanı bu növdə də təmsil edən Simone Calogero üzərində qalib gəlib.

Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti ümümilikdə WAKO üzrə 10-cu dəfə dünya çempionu olub.

Son xəbərlər

Bütün Xəbər Lenti