"Real"ın və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi "Cəngavər Xaçı" ordeni ilə təltif edilib
- 28 noyabr, 2025
- 11:03
İspaniyanın "Real" klubunun və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos "Cəngavər Xaçı" ordeni ilə təltif edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Madrid təmsilçisinin doğma stadionu olan "Santyaqo Bernabeu"da baş tutub.
Ordeni millinin keçmiş üzvünə Almaniya prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.
Mərasimdə "Real"ın prezidenti Florentino Peres, baş məşqçi Xabi Alonso, futbolçular Federiko Valverde və Antonio Rüdiger, qadınlardan ibarət komandanın oyunçuları Merle Froms və Sara Dabritz də iştirak ediblər.
Qeyd edək ki, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi olan T.Kroos "Real"ın heyətində 21 titul qazanıb. O, ötən mövsüm başa çatdıqdan sonra peşəkar karyerasını bitirib.