Bu il Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 9 monitorinq keçirilib

Sağlamlıq
  • 28 noyabr, 2025
  • 10:54
Bu il Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 9 monitorinq keçirilib

Ötən ildən bu ilin iyul ayına kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1 milyon 83 min 258 tibbi xidmət göstərilib.

"Report"un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli xəstəxanaya təşkil olunan mediaturda məlumat verib.

Onun sözlərinə görə, bu il ərzində xəstəxanada 9 monitorinq aparılıb:

"Monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilib. Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada bir milyondan çox tibbi xidmətin göstərilməsi sığortanın tətbiqi nəticəsində bölgə əhalisinin əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilməsinə zəmin yaradıb".

Son xəbərlər

Bütün Xəbər Lenti