TƏBİB rəsmisi: "Mentor Klinika" layihəsinin 45 %-i regionlarda keçirilir

Sağlamlıq
  • 28 noyabr, 2025
  • 10:56
TƏBİB rəsmisi: Mentor Klinika layihəsinin 45 %-i regionlarda keçirilir

Hazırda "Mentor Klinika" layihəsinin 45 %-i regionlarda həyata keçirilir

"Report"un Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda məlumat verib.

Onun sözlərinə görə, TƏBİB-in "2025-2027-ci illər üzrə Strateji Planı" çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün "Mentor Klinika" layihəsinə start verilib:

"Layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Hazırda göstərilən tibbi xidmətlərin 55 %-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45 %-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin bir il ərzində icra olunması nəzərdə tutulur".

Son xəbərlər

Bütün Xəbər Lenti