Türkiyə rəsmisi: TDT ölkələrində dezinformasiya ilə mübarizədə əməkdaşlıq etmək zərurət halına gəlib

Digər
  • 28 noyabr, 2025
  • 11:03
Türkiyə rəsmisi: TDT ölkələrində dezinformasiya ilə mübarizədə əməkdaşlıq etmək zərurət halına gəlib

Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı Türk dövlətlərinin media sahəsində ciddi əməkdaşlıq qurmaları üçün strateji bir addımdır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi deyib.

O bildirib ki, bu toplantı türk dövlətlərinin media sahəsində ciddi əməkdaşlıq qurmaları üçün strateji bir addımdır:

"Bizim türk dövlətləri olaraq yeni bir həll yolu tapmağımız üçün bu toplantını vasitə kimi görürük. TDT ortaq əməkdaşlıq üçün beynəlxalq aktor halına gəlib. Media və kommunikasiya sahəsi, eyni zamanda, xalqların gələcəyinin şəkilləndiyi bir platforma rolunu oynamaqdadır. Bizim bütün sahələrdəki əməkdaşlığımıza təsir edəcək gücə sahibdir. Ona görə də dezinformasiya ilə mübarizə sahədə əməkdaşlıq etmək bir zərurət halına gəlib. 2026-cı ildə də Fəaliyyət Planımız çərçivəsində təkliflərimizi irəli sürməyə davam edəcəyik. Türkiyə olaraq biz media sahəsindəki təcrübələrimizi bölüşməyə daim hazırıq".

F.Pirinççi diqqətə çatdırıb ki, əməkdaşlığı irəli aparacaq təşəbbüslər irəli sürməyə davam edəcəklər.

Türkiyə rəsmisi vurğulayıb ki, bu günə qədər Türk Dünyası ölkələri "dildə, fikirdə, işdə birlik" şüarı ilə nümunəvi həmrəylik nümayiş etdirib:

"Ortaq tariximiz və mədəniyyətimizdən aldığımız güclə əməkdaşlığımızı bu gün daha yüksək səviyyələrə qaldırmaq vəzifəsini öz üzərimizə götürmüşük. Bu münasibətlə, UNESCO tərəfindən 15 dekabrın "Dünya Türk Dili Ailəsi Günü" elan edilməsindən duyduğum məmnuniyyəti ifadə etmək istərdim. Bu mənalı qərar Türk Dünyası üçün böyük bir qazancdır və Türk dilinin zənginliyini, köklü mədəni irsini və dünya sivilizasiyaları içindəki mühüm yerini bir daha ortaya qoyur".

Son xəbərlər

Bütün Xəbər Lenti