Azərbaycana 1300 karatdan çox brilliantın keçirilməsinin qarşısı alınıb

Biznes
  • 28 noyabr, 2025
  • 11:02
Azərbaycana 1300 karatdan çox brilliantın keçirilməsinin qarşısı alınıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan keçid məntəqələrində gömrük yoxlamaları nəticəsində 234 inzibati xəta, 54 cinayət faktı müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 728 avro və 100 min funt sterling pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb: "Bu ilin 6 ayında 145 qutu güclü təsiredici dərman, 1 520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1 185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb. Zərgərlik məlumatları üzrə isə 1 337 karat brilliant, 1 544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb".

Son xəbərlər

Bütün Xəbər Lenti