Anar Əliyev: Alıcılıq qabiliyyəti pariteti üzrə minimum pensiyada Azərbaycan MDB-də birincidir

Sosial müdafiə
  • 28 noyabr, 2025
  • 10:57
Anar Əliyev: Alıcılıq qabiliyyəti pariteti üzrə minimum pensiyada Azərbaycan MDB-də birincidir
Anar Əliyev

Alıcılıq qabiliyyəti pariteti üzrə minimum pensiyada MDB ölkələri ilə müqayisədə Azərbaycan birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdədir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçüləbilən nəticələr verir:

"Bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfəri işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib".

Nazir qeyd edib ki, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir:

"Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşdırılması, eyni zamanda, işaxtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır.

Vətəndaşlara peşə bacarıqlarının aşılanması, onların yeni peşələrə yiyələnməsi və əmək bazarında iştirakının təmin edilməsi məqsədilə peşə hazırlığı kursları ilə yanaşı, müxtəlif peşəyönümlü layihələr də həyata keçirilməkdədir".

Son xəbərlər

Bütün Xəbər Lenti