Paşinyan Çinlə əlaqələrin dərinləşməsi və genişlənməsinə ümid edir

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 16:21
Paşinyan Çinlə əlaqələrin dərinləşməsi və genişlənməsinə ümid edir

Ermənistan Baş naziri Nikol Paşinyan Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə İrəvan və Pekin arasındakı münasibətləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Baş nazirin sözlərinə görə, İrəvan və Pekin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

O bildirib ki, əlaqələrin dərinləşməsi və genişlənməsinə ümid edir.

"Həmsöhbətlər beynəlxalq əhəmiyyətli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar. Yaxın gələcəkdə Ermənistan-Çin əməkdaşlığının həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda inkişaf edəcəyinə əminliklərini ifadə ediblər", - məlumatda qeyd olunur.