KİV: Uitkoff Trampın Putin və Zelenski ilə görüşə hazır olduğunu bildirib

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 02:42
KİV: Uitkoff Trampın Putin və Zelenski ilə görüşə hazır olduğunu bildirib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "istəklilər koalisiyası"nın iclasında bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoff həmçinin bildirib ki, Tramp Ukraynada sülhə nail olmaq üçün bütün yolları nəzərdən keçirməyə hazırdır.