Kosta Aİ-nin genişlənməsini mühüm geosiyasi sərmayə adlandırıb

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 03:13
Kosta Aİ-nin genişlənməsini mühüm geosiyasi sərmayə adlandırıb

Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta hesab edir ki, Aİ-nin genişlənməsi ən mühüm geosiyasi sərmayədir.

"Report" xəbər verir ki, o, bu fikirləri Sofiyada Bolqarıstanın baş naziri Rosen Jelyazkovla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

"Yatırmalı olduğumuz ən mühüm geosiyasi sərmayə Ukrayna və Moldova, eləcə də Qərbi Balkan ölkələrindən başlayaraq Aİ-nin genişlənməsidir. Bütün ölkələr Aİ-yə eyni sürətlə getmir, lakin onların Avropa İttifaqına inteqrasiyası davam etməlidir. Aİ-nin genişlənmə planları bu ölkələrə müəyyən stimullar təqdim etməlidir", - Kosta vurğulayıb.

Jelyazkov öz növbəsində qeyd edib ki, Qərbi Balkanların Aİ-yə inteqrasiyası strateji prioritetdir. Onun sözlərinə görə, bu, daha ​​yüksək dərəcədə təhlükəsizlik və inkişaf imkanlarına zəmanət verir.

"Şimali Makedoniya ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Onun Aİ-yə daxil olması üçün yeganə yol 2022-ci ilin iyulunda əldə edilmiş razılaşmaları yenidən baxılmaq imkanı olmadan həyata keçirməkdir", - hökumət başçısı qeyd edib.