Cəlilabadda 112 hektar torpaq sahəsi zəbtdən azad olunub
- 05 sentyabr, 2025
- 01:09

Cəlilabad rayonunda torpaq münasibətlərinin təznimlənməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriya torpaqların araşdırılması və zəbtdən azad edilməsi üçün yaradılmış komissiya tərəfindən cari ildə monitorinqlər keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, monitorinqlər zamanı aşkarlanan zəbt halları aradan qaldırılıb və zəbt edilən 112 hektar qaytarılıb.
Cari ildə zəbtdən azad edilən Dövlət fondu torpaqlarından 40 hektarı şəhid və qazi ailələrinin istifadəsinə verilib.
Qeyd edək ki, Cəlilabad rayonunun inzibati sərhədləri daxilində olan torpaqların cəmi 144 143 hektardır. Bundan 57 034 hektarı dövlət mülkiyyətində, 20 752 hektarı bələdiyyə mülkiyyətində və 66 357 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır.