Bolqarıstanda büdcə siyasətinə qarşı genişmiqyaslı etirazlar keçirilir

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 02:13
Bolqarıstanda büdcə siyasətinə qarşı genişmiqyaslı etirazlar keçirilir

Bolqarıstanın paytaxtı Sofiyada və ölkənin bir sıra digər şəhərlərində yenidən büdcə siyasətinə qarşı kütləvi aksiyalar keçirilir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Sofiyada müxalifətin təşkil etdiyi dinc aksiyaya 20 mindən çox insan qatılıb. Etirazçılar hökumət, parlament və Prezident Administrasiyası binaları arasındakı ərazini tamamilə doldurublar. Paytaxt polisi gözyaşardıcı qazdan istifadə edib.

Saat 21:30-da (Bakı vaxtı ilə 23:30) vəziyyət kəskin şəkildə pisləşib. Yürüş zamanı bir qrup maskalı təxribatçı hökuməti dəstəkləyən "DPS - Yeni başlanğıc" siyasi partiyasının ofisinin yerləşdiyi binanı qoruyan polislərə butulkalar, digər əşyalar və pirotexniki vasitələr atmağa başlayıblar. Onlar həmçinin qapıları və pəncərəni sındıraraq içəri girməyə çalışıblar. Polis hücumçuları geri sıxışdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Toqquşmalar "Bulgaria On Air" tərəfindən yayımlanıb. Etirazçılar parlamentin hazırda nəzərdən keçirdiyi 2026-cı ilin dövlət büdcəsi layihəsinə narazılığını bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti