BMT: Mülki infrastruktur obyektlərinə hücumlar beynəlxalq hüquqla qadağandır

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 00:56
BMT: Mülki infrastruktur obyektlərinə hücumlar beynəlxalq hüquqla qadağandır

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, mülki infrastruktur obyektlərinə, o cümlədən enerji infrastrukturlarına hücumlar beynəlxalq hüquqla qadağandır, BMT Ukraynada dərhal, şərtsiz atəşkəsə çağırıb.

"Report" xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qara dənizdə kommersiya gəmilərinə hücumları şərh edərkən deyib.

"Mövqeyimiz dəyişməz qalır: bir daha bəyan edirik ki, mülki infrastruktur, o cümlədən enerji obyektlərinə hücumlar harada baş verməsindən asılı olmayaraq beynəlxalq hüquqla qadağandır", - Düjarrik bildirib.

Baş katibin nümayəndəsi deeskalasiyaya çağıraraq, BMT-nin Rusiya-Ukrayna müharibəsinin dərhal sülh yolu ilə başa çatmasına çalışdığını qeyd edib.

"Biz Ukraynada BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhün yolunu aça bilən dərhal, tam və şərtsiz atəşkəsin tərəfdarıyıq", - Düjarrik əlavə edib.

Xatırladaq ki, noyabrın 28-də Qara dənizdə "Kairos" və VİRAT tankerləri hücuma məruz qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti