ABŞ Prezidentinin xüsusi elçisi Rusiyaya gedir
- 02 dekabr, 2025
- 01:42
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiyaya gedir.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.
"Administrasiya çox nikbindir. Onlar Floridadakı ukraynalılarla çox yaxşı danışıqlar aparıblar. İndi isə, əlbəttə xüsusi elçi Uitkoff Rusiyaya gedir", - Levitt deyib.
S.Uitkoffun dekabrın 2-də günün ikinci yarısında Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov danışıqların planlaşdırıldığını təsdiqləyib.
Levitt davam edən müzakirələrin təfərrüatlarını açıqlamaqdan imtina edərək, bunu danışıqları aparanlara buraxıb. "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də S.Uitkoffla birlikdə Moskvaya gedir.