XİN başçısı: Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir

Xarici siyasət
  • 22 oktyabr, 2025
  • 13:11
XİN başçısı: Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir

Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir.

"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Estoniya arasında münasibətlər getdikcə yaxşılaşır:

"Azərbaycan həm Estoniya, həm də region üçün önəmli ölkədir. Mənimlə Bakıya böyük biznes nümayəndə heyəti gəlib. Bu gün yüzlərlə azərbaycanlı Estoniyada təhsil alır. Təhsil isə mədəniyyətləri birləşdirir".

Bundan əlavə nazir bildirib ki, rəqəmsallaşma və yaşıl texnologiyalar üzrə də ikitərəfli əməkdaşlıq genişləndirilə bilər:

"Estoniya bu istiqamətlərdə inkişaf etmiş ölkədir. Hesab edirəm ki, ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq olar. Bu münasibətlərdən Latviya və Finlandiya da yararlana bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti