Belçikalı turist: Azərbaycanın öz ərazilərini qaytaracağına həmişə inanmışam

Qarabağ
  • 22 oktyabr, 2025
  • 15:32
Belçikalı turist: Azərbaycanın öz ərazilərini qaytaracağına həmişə inanmışam

Son 30 ildə Azərbaycan əhəmiyyətli tərəqqiyə nail olub.

"Report" xəbər verir ki, bu barədə belçikalı səyyah Patrik Mazelis (Patrick Maselis) bildirib.

O, Azərbaycana ilk dəfə 1994-cü ildə gəldiyini və bu gün ölkənin nə qədər dəyişdiyini, böyük fərqi görə bildiyini vurğulayıb.

P.Mazelisin sözlərinə görə, o həmişə Azərbaycanın öz ərazilərini qaytaracağına inanıb: "Mən həmişə bunun baş verəcəyini bilirdim. Qarabağ Azərbaycanın bir hissəsidir və o geri qayıtmalı idi".

O, həmçinin gələcəkdə Qarabağa gəlmək istəyini ifadə edib: "Niyə də yox? Bərpa işləri başa çatdıqdan sonra Qarabağı ziyarət etmək daha da asanlaşacaq və bölgə turizm üçün tam açıq olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti