Azərbaycan Türkmənistanla qaz və "yaşıl enerji" sahələrində sıx tərəfdaşlığa hazırdır

Energetika
  • 22 oktyabr, 2025
  • 15:45
Azərbaycan Türkmənistanla qaz və yaşıl enerji sahələrində sıx tərəfdaşlığa hazırdır

Azərbaycan qaz və "yaşıl enerji" sahələrində Türkmənistanla sıx tərəfdaşlığa hazırdır.

"Report" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov "Türkmənistanın nefti və qazı - 2025" adlı XXX Beynəlxalq Konfransda bəyan edib.

O, region üçün gözəl gələcək gördüyünü qeyd edib və hətta alternativ enerjinin inkişafı fonunda belə əsas resurs olaraq qalan Azərbaycanın qaz sənayesinin strateji rolunu vurğulayıb.

O.Zeynalov Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi və Transxəzər dəhlizinin reallaşdırılmasında enerji əməkdaşlığının rolundan danışıb.

"Azərbaycan bir neçə günəş və külək enerjisi layihəsinin tikintisini yekunlaşdırır və Azərbaycan - Türkiyə - Avropa "yaşıl dəhliz"inin formalaşdırılması üzərində işləyir. Bu dəhliz təmiz enerjinin ixracı üçün potensial körpü kimi nəzərdən keçirilir. 2032-ci ilə qədər Azərbaycan dənizdə günəş və külək enerjisi layihələrini fəal şəkildə inkişaf etdirməyi planlaşdırır", - o deyib.

Regionun uğurlu gələcəyinə əminliyini bildirən O.Zeynalov qaz və "yaşıl enerji" sahələrində Türkmənistanla əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti