Rusiyanın Kiyevə zərbələri nəticəsində azərbaycanlılara məxsus evlər zərər görüb

Digər ölkələr
  • 22 oktyabr, 2025
  • 15:42
Rusiyanın Kiyevə zərbələri nəticəsində azərbaycanlılara məxsus evlər zərər görüb

Rusiya ordusu tərəfindən oktyabrın 22-də səhər yaxın Ukrayna paytaxtı Kiyevə etdirilən hava zərbələri zamanı bir neçə azərbaycanlı da zərər görüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtın Darnitskiy rayonuna dron və raket zərbələr zamanı xeyli dağıntı olub.

Məlumata görə, Darnitskiy rayonunda zərbə endirilən binalarda bir neçə azərbaycanlının mənzili də olub. Zərbələr zamanı azərbaycanlı sakinlər evdə olmayıblar.

Kiyev hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna bildirilib ki, günün birinci yarısına olan məlumata görə Kiyev şəhərində 26 nəfər yaralanıb, 3 nəfər həlak olub. 10 nəfərin itkin düşdüyü bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti