Azərbaycanın Şimal-Qərb regionundakı yerləşmə müəssisələrinin sayı açıqlanıb

Turizm
  • 03 dekabr, 2025
  • 14:37
Azərbaycanın Şimal-Qərb regionundakı yerləşmə müəssisələrinin sayı açıqlanıb
Şahin Məlikov

Azərbaycanın Şimal-Qərb regionunda 116 yerləşmə müəssisəsi var.

Bunu "Report"un Şəkiyə ezam olunmuş müxbirinə açıqlamasında Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bildirib.

Onun sözlərinə görə, həmin müəssisələrin ümumi nömrə fondu 2 105-dir: "Belə ki, Şəkidə 42 müəssisənin 838, Qaxda 28 müəssisənin 641, Zaqatalada 18 müəssisənin 312, Oğuzda 23 müəssisənin 186, Balakəndə isə 5 müəssisənin 128 nömrə fondu var. Bu rəqəmlər yeni obyektlərin açılması və yaxud mövcud müəssisələrin fəaliyyətinin dayandırması səbəbindən daim dəyişə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti