Livanın İsraillə atəşkəsə nəzarət orqanına rəhbər təyinatı olub

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 15:29
Livanın İsraillə atəşkəsə nəzarət orqanına rəhbər təyinatı olub

Livan Prezidenti Cozef Aun ABŞ-dəki sabiq səfir Saymon Karamı İsraillə atəşkəs rejiminə riayət olunmasına nəzarət edən orqanda Livan nümayəndə heyətinin rəhbəri təyin etməyi qərara alıb.

"Report" "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə Livan Prezidentinin nümayəndəsi Nacat Şərafəddin bildirib.

Nəşr qeyd edir ki, Livan bu gün ABŞ-nin xahişi ilə nümayəndə heyətinin başçısı vəzifəsinə mülki şəxsin təyin edilməsi barədə qərar verdiyini açıqlayıb.

İndiyədək Livan bu vəzifəni hərbi şəxsin icra etməsində israr edirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti