Azərbaycanla sərhəddə Aİ missiyasının iştirak müddəti İrəvanın ehtiyaclarından asılıdır - Sənəd

Region
  • 03 dekabr, 2025
  • 15:18
Azərbaycanla sərhəddə Aİ missiyasının iştirak müddəti İrəvanın ehtiyaclarından asılıdır - Sənəd

İrəvan və Brüssel Azərbaycanla sərhəddə Avropa İttifaqı missiyasının (EUMA) iştirak müddətinin Ermənistanın ehtiyac və tələbatlarından asılı olaraq qoruyub saxlamağa razılaşıblar.

"Report"un məlumatına görə, bu bənd 2025-ci il dekabrın 2-də Brüsseldə qəbul edilən və bu gün Ermənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan "Ermənistan-Aİ Tərəfdaşlığının Strateji Gündəliyi" sənədində əks olunub.

Sənəddə Azərbaycanla sərhəd boyunca təhlükəsizlik vəziyyətinə nəzarət və hesabatların təqdimatı, Ermənistanın münaqişədən təsirlənmiş bölgələrində insanların təhlükəsizliyinə kömək edilməsi, regionda sülh və sabitliyə dəstək məqsədilə etimadın möhkəmləndirilməsi üçün Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) tam operativ potensialını təmin etmək göstərilir. Qeyd olunub ki, EUMA-nın iştirakını zəruri olduğu müddətcə qoruyub saxlamaq üçün çalışılmalıdır.

Xatırladaq ki, EUMA öz işinə 2023-cü il fevralın 20-də başlayıb. Avropa İttifaqı (Aİ) Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Son xəbərlər

Bütün Xəbər Lenti