Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir
Hərbi
- 03 dekabr, 2025
- 15:18
Bakıda NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda seminar-məşğələ keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.
Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir. Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.
Son xəbərlər
15:53
Yağıntılı hava şəraiti dekabrın 5-dək davam edəcək
Ekologiya15:52
Avropa ölkələrindən Azərbaycana 10 ayda gələn turistlərin sayı açıqlanıb
Turizm15:50
Foto
Göyçayda milli-mənəvi kimlik və müasir çağırışlara həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
Din15:49
Azərbaycanın turizm sektoru Yeni il üçün nə vəd edir? – ARAŞDIRMA
Turizm15:48
Rəy
Putindən Avropa təhdidi - qitənin Rusiyaya verdiyi dərslər - ŞƏRH
Analitika15:45
Azərbaycan Ordusunun dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təminatı qaydası təsdiqlənib
Hərbi15:40
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar noyabrda 42 % azalıb
İKT15:35
Foto
Baş prokuror Nyu-Yorkda qlobal antikorrupsiya mexanizmlərinin yenilənməsini dəstəkləyib
Xarici siyasət15:29