"Beşiktaş" Braziliya millisində çıxış etmiş futbolçunu heyətinə qatmaq istəyir

Futbol
  • 03 dekabr, 2025
  • 15:26
Beşiktaş Braziliya millisində çıxış etmiş futbolçunu heyətinə qatmaq istəyir

Türkiyənin "Beşiktaş" klubu Braziliya təmsilçisi "Flamenqo"da çıxış edən futbolçu Everton Soaresi heyətinə qatmaq istəyir.

"Report" "Bolavip" nəşrinə istinadən xəbər verir ki, "qara qartallar" 29 yaşlı vinger üçün yanvarda danışıqlara başlayacaq.

A Seriyası təmsilçisinin oyunçunun satışına razı ola biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Everton Soares 2022-ci ildən "Flamenqo"da çıxış edir. O, Braziliya millisinin heyətində 25 oyun keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti